Qəzet Üçün
Güney Azərbaycan Nəsr Antologiyası” Həmid Arğışın Təqdimində, Pərvanə Məmmədli
Türkiyənin “Kalemşor Yayınları” nəşriyyatında Həmid Arğışın üçcildlik “Hekayəmiz davam edir – Güney Azərbaycan nəsr antologiyası”
Bu prosesin öyrənilməsini çətinləşdirən əsas səbəblər ana dilində nəşrin müxtəlif dövrlərdə məhdudlaşdırılması, mətbuat orqanlarının bağlanması, əsərlərin qəzet və jurnal səhifələrində qalması, müəlliflərin mühacirətə məcbur edilməsi və bir sıra mətnlərin ədəbi dövriyyədən çıxmasıdır. Antologiya məhz bu qırılmış əlaqələri bərpa etməyə yönəlmişdir.
Kitabın mühüm elmi nəticələrindən biri nəsrin inkişafının dilin ictimai statusu və mətbuat mühiti ilə birbaşa əlaqəsinin göstərilməsidir. Xüsusilə 1940-cı illərdə “Azərbaycan”, “Vətən yolunda” və b. nəşrlərin meydana çıxması ana dilində bədii nəsrin fəallaşmasına ciddi təsir göstərmişdir. Milli Hökumət dövründə Azərbaycan türkcəsinin ictimai mövqeyinin güclənməsi ədəbi prosesə təkan vermiş, sonrakı repressiyalar isə bu inkişaf xəttini kəskin şəkildə zəiflətmişdir. Beləliklə, mətbuat yalnız əsərlərin çap olunduğu vasitə deyil, yeni nəsr dilinin, müəllif və oxucu
Antologiyanın ən məhsuldar prinsiplərindən biri seçim meyarının yalnız yüksək estetik səviyyə ilə məhdudlaşdırılmamasıdır. Erkən və bədii baxımdan
yetkinləşməmiş mətnlər də janrın keçdiyi yolu, dil mühitini və dövrün sosial psixologiyasını əks etdirdiyi üçün ədəbi-tarixi əhəmiyyət daşıyır. Bu prinsip antologiyanı “ən yaxşı hekayələr” toplusundan fərqləndirərək onu Güney Azərbaycan nəsrinin inkişaf korpusuna yaxınlaşdırır.
Təyyub Fərruxzadə, İslam Sərrafi, Məmməd Təməddün, Qafar Kəndli, Məhəmmədlu Abbasi, Əliqulu Katibi, Bəylər Haeyli və başqa az tanınmış müəlliflərin ədəbi dövriyyəyə qaytarılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onların əsərləri eyni bədii səviyyədə olmasa da, birlikdə 1940-cı illər nəsrinin daxili müxtəlifliyini üzə çıxarır: sosial-realist təhkiyə, didaktik rəvayət, satira, publisistik nəsr, sənədli-xatirə üslubu və canlı danışıq dilinə əsaslanan hekayə formaları yanaşı mövcud olmuşdur.
Tərtibçinin başqa bir mühüm mövqeyi mənbənin ilkin vəziyyətinə münasibətdə özünü göstərir. Köhnə mətnlərin tarixi imla xüsusiyyətlərinin mümkün qədər qorunması yalnız mətnşünaslıq məsələsi deyil; dil tarixinin sənədləşdirilməsi
baxımından da əhəmiyyətlidir. Beləliklə, antologiyaya daxil edilən nümunələr həm bədii əsər, həm də müəyyən dövrün dil və yazı mədəniyyətini əks etdirən mənbə funksiyası daşıyır.
Kitabın müəyyən çatışmazlıqları da vardır. Geniş tarixi giriş bəzi hissələrdə sırf ədəbi təhlili arxa plana keçirir; müəlliflər haqqında bioqrafik məlumatların həcmi mənbələrin mövcudluğundan asılı olaraq qeyri-bərabərdir. Bəzi təkrarların
Nəticə etibarilə, “Hekayəmiz davam edir” antologiyasının əsas xidməti Güney Azərbaycan nəsrinin tarixi inkişaf mexanizmini görünən etməsindədir. Kitab unudulmuş və az öyrənilmiş müəllifləri ədəbi tarixdə öz yerlərinə qaytarır, qəzet və jurnal səhifələrində qalmış mətnləri yenidən elmi dövriyyəyə daxil edir.
Antologiyanın başlıca elmi nəticəsi həmin yaddaşın dağılmış parçalarını bir araya gətirərək Güney Azərbaycan nəsrinin tarixi davamlılığını bərpa etməsidir.


Yorumlar (0)